Əsas səhifə Haqqımızda

“International Medical Center” klinikası müasir təbabətin standartlarına cavab verən, Avropa və Yaponiya istehsallı avadanlıqla təchiz olunmuş özəl mülkiyyət formalı tibb müəssisəsidir. Klinikada yüksək ixtisaslı peşəkar mütəxəssislər, təcrübəli tibb bacıları klinikaya müraciət edən xəstələrin və pasiyentlərin xidmətində dayanır. Klinika iki hissədən ibarətdir: ambulator və stasionar hissə.

Klinikada təcrübəli professorlar və tibbi elmləri namizədləri, yüksək kateqoriyalı həkimlər çalışır. Həkimlərin çoxu universitetden sonrakı tibb təhsillərini davam etdirmək məqsədi ilə Türkiyə, İngiltərə, ABŞ və Ərəb Emiratlarında təcrübə qazanıblar.

International Medical Center də işə qəbul zamanı bütün həkimlər 3 mərhələli müsabiqədən keçirlər. Dərin teoretik və praktik biliklərdən əlavə müraciət edən həkimlərin ən azı son 5 il ərzində öz ixtisasları üzrə təcrübələri olmalıdır.

Bazar ertəsi – Şənbə günləri saat 09:00 dan 18:00 kimi sizə klinikanin öz həkimlərindən başqa ölkəmizin tanınmış həkimləri vizit konsultantlar kimi xidmət göstərirlər.

 

 

 



Direktor PDF Print E-mail

Mirzəyev Müşfig Həsən oğlu

 


VIP klinika